8-9 mart Balkar Türklərinin sürgün olunduğu gündür

8-9 mart 1944-cü ildə qəhrəman Balkar Türklərinin kişiləri ikinci cahan savaşında-cəbhədə qəhrəmancasına alman faşıstlərinə qarşı vuruşarkən, onların ailələri mənfur Stalinin əmrilə repressiyalara məruz qalaraq elliklə Qazaxıstana deportasiya olunublar.

Beləliklə boşaldılan dədə Türk yurdlarına erməni və milliyətcə svanları məqsədli olaraq yerləşdirmişdilər. Sürgün zamanı minlərlə Balkar Türkləri yollarda və sürgündə məhv olmuşdular.

Allah rəhmət eləsin.