ONN İnformasiya Agentliyi

8 avqust Aliya İzzetbeqoviçin doğulduğu gündür

8 avqust Aliya İzzetbeqoviçin doğulduğu gündür
08 Avqust 2023 - 10:26

Unutmayaq, unutdurmayaq!

Atası bosniyalı, anası türk olan Aliya 1925-ci il 8 avqustda Samaçda dünyaya gəlmiş, 1927-ci ildə ailəsi ilə birlikdə Sarayevoya köçmüşdür.

Aliya İzzetbeqoviç gənc yaşlarından etibarən siyasətlə məşğul idi. Hələ 16 yaşında ikən Gənc müsəlmanlar təşkilatının üzvü olmuş, bu səbəbdən İkinci dünya müharibəsindən sonra həbs edilmişdir.

1949-cu ildə beş il həbs cəzasına məhkum edilmişdir. Həbsdən çıxdıqdan sonra hüquq və kənd təsərrüfatı üzrə təhsil almışdır. Bu dövrdə eyni zamanda inşaat şirkətində də işləməyə başlamışdır. Gənc müsəlmanlar təşkilatının verdiyi qərara əsasən dini təhsil almağa başlayan İzzetbeqoviç Yuqoslaviyada nəşr edilən bir çox qəzet və jurnalda və eyni zamanda İslam dünyasının digər yerlərindəki mətbu orqanlarda yazılarını nəşr etdirdi.

Bütün dünyada böyük əks-sədaya səbəb olan “İslam Manifesti” əsərini 1970-ci ildə, “Şərq və Qərb arasında İslam”ı isə 1980-ci ildə tamamlamışdır.

“İslam Manifesti” kitabına görə 1983-cü ildə həbs edilərək 14 il azadlıqdan məhrum edilmişdir. Lakin cəzası əvvəlcə 11, sonra isə 9 ilə endirilmişdir. Günahını etiraf etməsi qarşılığında azad edilməsi təklifini isə qəti olaraq rədd etmişdir. Ancaq beynəlxalq ictimaiyyətin təzyiqi ilə 1989-cu ildə həbsdən azad edilmişdir. Hələ həbsdə ikən kommunist blokunun dağılacağını bildirən İzzetbeqoviç bu sistemi tənqid etməkdə idi. Həbsdən çıxdıqdan bir müddət sonra dostları ilə Demokratik Hərəkat Partiyasını (Stranka Demokratske Aksiye, “SDA”) qurdular. Yekdilliklə partiyanın sədri seçilən Aliya İzzetbeqoviç vəfat edənə qədər bu vəzifədə qalmışdır.

“Həyat qısa deyil. Mənə o çox uzun gəlir” deyən Aliya İzzetbeqoviç 19 oktyabr 2003-cü ildə 78 yaşında vəfat etmişdir.

Allah rəhmət eləsin!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png