ONN İnformasiya Agentliyi

8 dekabr Elxan Ağahüseynoğlunun doğum günüdür

8 dekabr Elxan Ağahüseynoğlunun doğum günüdür
08 Dekabr 2020 - 9:35

Unutmayaq, unutdurmayaq!

Ağahüseynov Elxan Ağahüseyn oğlu 8 dekabr 1942-ci ildə Bakıda anadan olmuşdur. Tələbə ikən 1960-cı ildə Akademik Milli Dram Teatrına işə qəbul edilmişdir. Elxan Ağahüseynoğlu qırx ildən çox Akademik Milli Dram Teatrının aktyorudur. O, bu illər ərzində çox səmərəli fəaliyyət göstərib və ən müxtəlif janrlı tamaşalarda əlvan və rəngarəng, bədii tip kimi çox xarakterli rollar oynayıb.

Məşhur teatr aktyoru E. Ağahüseynoğlu Azərbaycan Dövlət Televiziyasında hazırlanmış onlarca tamaşada oynamışdır.

Aktyor “Axırıncı aşırım”, “Ömrün səhifələri”, “Dantenin yubileyi”, “Qəm pəncərəsi” bədii filmlərinə çəkilib.

Elxan Ağahüseynoğlu aktyorluq sənətində qazandığı nailiyyətlərə görə 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2002-ci ildə isə Xalq Artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür.

Elxan Ağahüseynoğlu 2 avqust 2009-cu ildə vəfat etmişdir.

Allah rəhmət eləsin!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png