9 fevral Ələsgər Məmmədoğlunun vəfat etdiyi gündür

9 fevral (1946 – 2015) Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın Əməkdar Artisti  Ələsgər Məmmədoğlunun doğulduğu gündür.

Ələsgər Məmmədoğlu 1946-cı ildə Bakı şəhərində anadan olub. O, 1975-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb.

Ələsgər Məmmədoğlu bir çox teletamaşalarda Şair (“Evləri köndələn yar”), Milis (“Yaşıl eynəkli adam”), Nökər (“Mehmanxana sahibəsi”), Narsatan (“Qatarda”, Gümrah (“Alov”) kimi obrazlar yaradıb. “Mozalan” satirik kino-jurnalının 20-yə yaxın sujetinə çəkilən Ələsgər Məmmədoğlu “Ömrun səhifələri”, “Xoşbəxtlik qayğıları”, “Bəyin oğurlanması”, “Tehran-43” və başqa bədii filmlərin də iştirakçısıdır.

Allah rəhmət eləsin.