Adım yaddaşlardan silinməyəcək! – Zəlimxan YAQUB

Unutmayaq,
unutdurmayaq!

9 yanvar (1950-2016) Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun vəfat etdiyi gündür.

Azərbaycanın
xalq şairi, Zəlimxan Yusif oğlu Yaqubov 1950-ci
il yanvarın 21-də qədim Türk yurdu Borçalının Bolnisi rayonunun Kəpənəkçi
kəndində anadan olub.

1973-cü ildən 1978-ci ilə qədər
“Azərkitab” sistemində, “Kitab pasajı” adlı kitab dükanında satıcı, şöbə
müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər
Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə
qədər “Yazıçı” nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri
vəzifələrində çalışıb.

1994-cü ildən
Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü, 1995-2005-ci
illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub.

İlk şeiri 1966-cı il oktyabrın 4-də,
Gürcüstan SSR Bolnisi rayon qəzeti “Qələbə bayrağı”nda dərc edilib.

Məmməd Araz ədəbi mükafatı (1995) ilə,
“Şair harayı”, “Vətən yaralar”, “Sizi qınamıram” və “Ziyarətin qəbul olsun”
kitabına görə H.Z.Tağıyev adına mükafatla (1995), “Şöhrət” ordeni və Gürcüstan
Respublikasının “Şərəf” ordeni ilə təltif olunub.

1983-cü ildən AYB-nin üzvü olub. 2005-ci
ildə “Azərbaycanın xalq şairi” fəxri adına layiq görülüb. 2008-ci il avqust
ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar
Birliyinin sədri seçilib.

 Allah rəhmət eləsin.

Cavid İSMAYIL.