Bilgə xaqan!

Dəyərli dostlar! Unutmayaq unutdurmayaq!

Ey Türk milləti! Titrə və özünə dön! Sən özünə dönəndə böyük olursan!..”

Şərq Göytürk Xaqanlığının 716-cı ildən xaqanı, əfsanəvi Türk sərkərdəsi – Bilgə xaqan! (d. 683 -ö. 735 )

Əsl adı Bögü olub, taxta çıxdıqdan sonra Bilgə adını qəbul etmişdir. İlteriş xaqanın oğlu idi. 700-cü ildə tanqutlara qarşı yürüşdə iştirak etmişdi. 701-ci ildə Onq Tutukun başçılığındakı təqribən 50.000 əsgərdən ibarət Tan sülaləsi ordusunu məğlubiyyətə uğratmışdı. 703-cü ildə isə Aşina sülaləsi tərəfindən idarə olunan lakin xaqana tabe olmayan basmıllara hücum etmişdi. 705-ci ildə 80.000 əsgərdən ibarət Çaça Senqun başçılığındakı Tan ordusunu məğlubiyyətə uğratmışdı.

716-cı ildə 33 yaşında Kül Teginin xan olmaqdan imtina etməsi ilə taxta çıxmışdı.

Göytürk xaqanlığı 552-744-ci illərdə fasilələrlə Mərkəzi Asiya və Çinin bir hissəsinə hökmranlıq etmiş türk dövlətidir.

Göytürk İmperiyasının bayrağı