Bu gün Əliağa Vahidin doğulduğu gündür

Unutmayaq, unutdurmayaq!

18 fevral (1895-1965) Azərbaycan şairi, qəzəlxan, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi,  Azərbaycanın ilk Dövlət Mükafatı laureatı Əliağa Məmmədqulu oğlu İsgəndərovun (Əliağa Vahid)  doğulduğu gündür.

Əliağa Vahid 18 fevral Bakı şəhərində anadan olmuşdur. Mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazmışdır. Satirik şerlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa etmişdir. “Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunmuşdur.

20 yaşından  qəzəllər yazmağa başlayıb. 1916- ci ildə “Tamahın nəticəsi” adlı ilk kitabı işıq üzü görüb. “Molla Nəsrəddin”, “Kirpi” jurnallarında satirik şeirləri çap edilib. Ümumiyyətlə sağlığında 13 kitabı işıq üzü görüb.

Vahid ticarətlə də məşğul olub. 1919 –cu ildə Məşhədə gedir. Həm ziyarət, həm ticarət. Oradan böyük əmisi Hacı Abbasqulu ilə İran xalıları gətirib, Bakıda satarlarmış.

O dövrün insanları da Vahidin yaradıcılığını dəyərləndiriblər. 1922- ci ildə M.Ə.Sabirin yubileyi olanda Əliağa Vahid yarım saat meyxana deyib. Bu, Nəriman Nərimanovun diqqətini çəkib. O zaman ilk dəfə dövlət mükafatı Vahidə verilib. 1943- cü ildə əmədar incəsənət xadimi adına layiq görülüb.

Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə etmişdir.

Deyilənlərə görə Əliağa Vahid əvvələr içki içən olmayıb. Ancaq repressiyaya görə özünü içki içən kimi göstərirdi ki, ona toxunmasınlar. Bir gün Mircəfər Bağırova represiyya ilə bağlı bir siyahı veriblər. Onun da adı orda olub. Mircəfər Bağırov Vahidin adının üstündən xətt çəkib ki, bütün günü sərxoş olan adamdı. Ondan bizə nə ziyan gələcək. Vahid bir müddət yaxşı şəraitdə yaşamayıb. Hətta, bunula bağlı Mircəfər Bağırova şeir də yazıb. Sonralar Bağırov Vahidi yanına çağırtdırıb, ona 1951-ci ildə 2 otaqlı mənzil verib.

1 oktyabr 1965-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Allah rəhmət eləsin.