Bu gün Həzi Aslanovun doğulduğu gündür

Unutmayaq, unutdurmayaq!

22 yanvar (1910-1945) 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə 35 yaşında qəhrəmancasına həlak olmuş, azərbaycanlı general-mayor Aslanov Həzi Əhəd oğlunun doğum günüdür.

8-ci çağırış Bakı Sovetinin üzvü olub. 1937-ci ildə Ukrayna SSR-ın Obruç şəhər sovetinin deputatı seçilib. İkinci dünya müharibəsinə qədər, Sovet Ordusunda, vzvod komandiri, tank rotasının komandiri, əlahiddə tank batalyonu məktəbinin rəisi, batalyon komandirinin tədris-atıclıq hissə üzrə köməkçisi, batalyon komandiri, 10-cu tank-mühəndis diviziyası komandirinin texniki hissə üzrə köməkçisi hərbi vəzifələrində çalışıb.

1940-cı ilin noyabrında vaxtından əvvəl mayor rütbəsi verilib. 1941-ci ildə Donbas ətrafında düşmən hücumlarını beş ay dəf etdiyindən və onu ağır tələfata uğratdığından sonra Moskvaya çağırılıb və Krıma 55-ci əlahiddə tank briqadasında, briqada komandirinin müavini vəzifəsinə təyin edilib.

Allah rəhmət eləsin!