ONN İnformasiya Agentliyi

Bu gün Vəfa Fətullayevanın vəfat etdiyi gündür

Bu gün Vəfa Fətullayevanın vəfat etdiyi gündür
25 Avqust 2020 - 10:20

Unutmayaq, unutdurmayaq!

Vəfa Fətullayeva 25 avqust 1945-ci ildə Bakıda anadan olub. İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olan Vəfa Fətullayeva Məhərrəm Haşımovun kursuna düşür. Bir müddət öz xarici görkəmini nəzarətsiz buraxdığından Vəfa birdən-birə kökəlir. Bu, Məhərrəm Haşımovun da diqqətindən yayınmır. Və bir gün dərslərin birində “Qız, sən yaman kökəlirsən, bunun axırı hara gedəcək?” deyir. Yarızarafat-yarıciddi deyilmiş bu sözlər Vəfanın onsuz da tükdən asılı olan seçiminin taleyini təyin edir. O, bir müddət dərsə gəlmir. Və günlərin birində məlum olur ki, Vəfa bu dəfə heç kimlə məsləhətləşmədən fakültəsini dəyişib. Keçib teatrşünaslığa.

Vəfa Fətullayeva 1970-ci ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Yaradıcılığının çiçəklənən dövründə ağır xəstəliyə düçar olan əməkdar artist 21 may 1987-ci ildə – 42 yaşında vəfat edib. Vəfa Fətullayevanın atası Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, xalq rəssamı Nüsrət Fətullayev, anası SSRİ Xalq Artisti, aktrisa Hökumə Qurbanova, əmisi aktyor Fateh Fətullayev, əmisi oğlu rejissor Hafiz Fətullayevdir.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png