Kazımlı Hacı Hüsü – “Kürdi-Şahnaz” muğamının yaradıcısı

Unutmayaq unutdurmayaq!

Kazımlı Hacı Hüsü Kərbəlayı Lütfəli oğlu (d. 1839 Şuşa – ö. 1898 Aşqabad) – xanəndə, Şərq və Azərbaycan muğamlarını əla bilən musiqişünas, müəllim, bəzi muğamların yaradıcısı o cümlədən "Kürdi" muğamına "Şahnaz"ı əlavə etmiş və yeni "Kürdi-Şahnaz" muğamını yaradıb oxumuş. Cabbar Qaryağdıoğlunun yazdığına görə, Hacı Hüsü Sadıqcanın tarda müşayiətilə "Qatar" muğamının da yaradıcısıdır. Allah rəhmət eləsin!