Xalq artisti Ağaxan Salmanlı vəfat etdi

Xalq artisti Ağaxan Salmanlı vəfat etdi

Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlı bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, Ağaxan Əli oğlu Salmanlı 1941-ci il oktyabrın 29-da Suraxanıda anadan olub. İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun Dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb.

O, 1978-ci ildə Əməkdar artist, 2005-ci ildə Xalq artisti adına layiq görülüb.

Allah rəhmət eləsin.

Geri qayıt