17 dekabr - Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramıdır

Unutmayaq, unutdurmayaq! 17 dekabr Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramıdır. Müdafiə Sənayesi Nazirliyi Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə yaradılıb və 2010-cu il noyabrın 10-u cənab Prezidentin sərəncamına əsasən, hər il dekabrın 17-si Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Vətən müharibəsində qazanılmış qələbədə böyük xidməti olan, əziz Müdafiə Sənayesi Nazirliyi işçiləri Sizi təbrik edir, sizinlə qürur duyuruq.