Səttar Bəhlulzadə 14 oktyabr vəfat etmişdir

Səttar Bəhlulzadə 14 oktyabr vəfat etmişdir


Unutmayaq, unutdurmayaq!

14 oktyabr (1909-1974) Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan xalq rəssamı, Azərbaycan Dövlət mükafatı laureate Bəhlulzadə Səttar Bəhlul oğlunun vəfat etdiyi gündür.

Səttar Bəhlulzadə 1909-cu il dekabrın 5-də Bakının Əmircan kəndində anadan olub. Azərbaycan rəssamlıq məktəbini və Moskva Rəssamlıq İnstitutunu bitirən Bəhlulzadə yaradıcılığında daha çox vətənpərvərlik mövzularının yer aldığı mənzərə-peyzajlar, intim-lirik natürmortlar işləməyə üstünlük verib. Azərbaycan təsviri incəsənətində lirik mənzərə janrının banisi hesab olunan Səttar Bəhlulzadənin "Vətənimin baharı", "Azərbaycan nağılı", "Neft daşları", "Xəzər üzərində axşam", "Xəzər gözəli", "Suraxanı atəşgahı", "Əmircan", "Bakıda atəşfəşanlıq", Kəpəzin göz yaşları", "Naxçıvan. Axşamçağı Ordubad bağlarında", "Şamaxı üzümlükləri", "Qudyalçay vadisi", "Şahnabat", "Əbədi məşəllər", "Əfsanəvi torpaq", "Qızılbənövşəyə gedən yol" və s. əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva və s. şəhərlərin muzeylərində saxlanılır.

Bəhlulzadə Moskvadan qayıtdıqdan sonra yaradıcılığında müəyyən dəyişikliklər olur. Rəssam daha çox tarixi mövzulara üstünlük verməyə başlayır və bu dövrdə "Babək üsyanı", "Fətəli xan", "Xəttat Mir Əli" kimi tarixi əsərlər meydana çıxır.

Səttar Bəhlulzadənin fərdi sərgiləri Kanada, Fransa, Norveç, Yaponiya, Belçika, Kuba, Bolqarıstan, Misir, Əlcəzair, Livan, Suriya, İraq, Tunis, Çexoslovakiya və dünyanın bir sıra başqa ölkələrində nümayiş etdirilib, muzeylərdə daimi eksponat kimi saxlanılıb.

Allah rəhmət eləsin.

Geri qayıt