Qazi Bürhanəddin

Qazi Bürhanəddin


Unutmayaq, unutdurmayaq!

Qazi Bürhanəddin – mənşəcə Azərbaycan türklərindən olan görkəmli dövlət xadimi, məşhur sərkərdə, ana dilində – Azərbaycan türkcəsində yazmış böyük Azərbaycan şairi və alimi.

1344-cü il-də bəzi mənbələrdə 1345-ci ildə Qeysəri şəhərində anadan olub və 1398-ci ildə Sivasda rəhəmətə gedib. O, mənşəyinə görə, qədim türk-oğuz boylarından sayılan Salur tayfasına mənsub idi. Belə bir ehtimal da var ki, onun qədim babaları Xarəzmdən gəlmişdilər. Şairin adı Əhməd, künyəsi Əbülabbas, təxəllüsü isə Qazi Bürhanəddin idi. O, irsən keçən qazilik hüququna malik, yüksək savad dərəcəsi və əsl-nəcabəti ilə məşhur olan bir ailədən idi. Qeysəri şəhərinin qazıları Cəlaləddin Həbib, Hüsaməddin Hüseyn, Siracəddin Süleyman bu nəsildəndirlər.

Onun poeziyası özündən sonra gələn və hər biri Azərbaycan ədəbiyyatının parlaq ulduzları olan Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Kişvəri, Həbibi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif və bu kimi bir çox şairlərin yaradıcılıqına ciddi təsir göstərmişdir. Elə buna görə də onun lirikası bir çox türkdilli ölkələrdə populyardır. Elə buna görə Bürhanəddinin adı orta əsr təzkirəçi və tarixçiləri tərəfindən tez-tez xatırlanmışdır

Bundan başqa Qazi Bürhanəddin Azərbaycan ədəbiyyatında,eləcə də ümumtürk ədəbiyyatında tuyuq şeir janrında yazan ilk şairdir.

 Qazi Bürhanəddin Azərbaycan tarixi və ədəbiyyatı ilə yanaşı Osmanlı tarixində də silinməz iz qoymuşdur

Həmişə aşiq könli biryan bolur,

Hər nəfəs qərib gözi giryan bolur.
Sufilərün diləgi mehrab, nəmaz
Ər kişinün arzusı meydan bolur.

Bu dünya bir nəfs içün olmış yalax,
Dibi yaxındur anun degül irax.
Zülfüni tağıtma cəm eylə, bəgüm,
Yoxsa olur bu cəhan alax-bulax.

 Bu şeirlər tuyuq janrında yazılıb

Tuyuq - türk şairlərinin divan ədəbiyyatına bəxş etdikləri rübaiyə bənzəyən dörd misralıq şeir növü

Ər kişi ər aybından kor ola gər,
Dünyada adəmilər bolar bəşər.
Məhəgə tutmayınca kim nə bilə,
Safimidür, yaxu qatıxlumı zər?

Şad olur isəm, vəslün ilə, qəm olamı,
Bən irməz isəm, nəsnə sizə kəm olamı?
Səd parəvü məcruh edər idüm cigəri,
Ləlün ilə bilsəm ana mərhəm olamı?!

Sərvün ki, rəvan oldı, rəvana verələrmi?
Ləlüni bu dünya tolu cana verələrmi?
Bən canı fəda qılur isəm, baxmağa bir gəz
Hüsnünə sənün şər ilə qana verələrmi?

Ol göz ki, yüzün görməyə, göz demə ana,
Şol yüz ki, tozun silməyə, yüz demə ana.
Şol söz ki, içində, sənəma, vəsfün yox,
Sən badi-həva tut anı, söz demə ana


Allah rəhmət eləsin!

 

Geri qayıt