Şərqin ilk operası “Leyli və Məcnun”

Unutmayaq unutdurmayaq!

12 yanvar 1908-ci ildə dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəyovun Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyni adlı poeması əsasında yazdığı "Leyli və Məcnun" operasının ilk tamaşası keçirilib. Bu hadisə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoymuşdur.