Təbriz xalçaçılıq məktəbi

Dəyərli dostlar! Unutmayaq unutdurmayaq!

Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəblərindən biri sayılır. Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu coğrafiyanın qədimnən sahibləri olmuş türk dilli tayfalar hələ qədimdən dünyada xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamışdır.