ONN İnformasiya Agentliyi

“Eşkiya dünyaya hükümdar olmaz” serialının QƏHRƏMANLARI BAKIDA

“Eşkiya dünyaya hükümdar olmaz” serialının QƏHRƏMANLARI BAKIDA
26 Dekabr 2019 - 23:38

Baş rollarda Mustafa Üstündağ, Ozan Akbaba, Emir Benderlioğlu, Ceren Benderioğlu, Oqtay Kaynarca, Savaş Özdemir, Hakan Karsak, Sevinc Gürşen, Sevil Akı və başqalarının oynadığı “Aman reis duymasın” filminin bu gün Bakıda qala gecəsi keçirilib.

ONN media xəbər verir ki, Nizami Kino Mərkəzində keçirilən premyerada filmin yaradıcı heyəti iştirak edib.

Ssenarisini Bahadır Özdenerin yazdığı, rejissorluğunu Onur Tanın həyata keçirdiyi komediya filminin təqdimat mərasimində aktyorlar bildirib ki, bu onların Bakıya ilk gəlişidir.

“Hər kəs qonaqpərvər, gülərüz və istiqanlıdır, odur ki, özümüzü burda rahat hiss edirik. Çoxumuz ilk dəfədir ki, Bakıya gəlirik, hələ gəzmək imkanı olmayıb, inşallah sabah şəhərlə yaxından tanış olarıq” , – deyə Sevinc Gürşen qeyd edib.

Ceren Benderliğlu bildirib ki, babası azərbaycanlıdır: “İnanırıq ki, bu Bakıya son səfərimiz deyil. Film çəkilişləri çox əyləncəli keçdi. Bildiyiniz kimi, filmdə “Eşkiya dünyaya hükümdar olmaz” serialının qəhrəmanları rol alıb. Eyni obrazları oynamışıq. Bu da işimiz asanlaşdı, çünki artıq bir ailə olmuşuq”.

Zala Azərbaycan dilində müraciət edən Ozan Akbaba isə çıxışında vurğulayıb ki, Bakıya gəlmək onun çoxdankı arzusu idi: “Bakıya gəlməyi çoxdan arzulayırdım, nəhayət ki, qovuşduq. Bəlkə bilənlər var, əslən tərəkəməyəm, odur ki, sizdən sayılıram. İnşallah gələcəkdə Bakıdan ev almaq haqqında düşünərik. Bura çox gözəl şəhərdir, nəinki gəzməyə, mən buraya yaşamağa belə gələrəm. Yetər ki, vaxtım olsun”.

Tanınmış aktyor Emir Benderlioğlu isə çox emosional bir çıxış edib: “Özümüzü qonaq saymırıq, çünki eyni millətik”.

Məlumat üçün bildirək ki, “Eşkiya dünyaya hükümdar olmaz” serialının bir çox aktyorlarının rol aldığı komediya filmi mafia camiasının tətildəykən başına gələn macəralardan danışır. Qəhrəmanlar kurorta gedən kimi inanılmaz hadisələrlə qarşılaşır. Ən böyük qorxuları da mafia başçısı Hızır Çakırbeylinin bu olanlardan xəbərdar olmasıdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png