ONN İnformasiya Agentliyi

İlham Əliyevin 4 il əvvəl Mxitaryanlara verdiyi dərs – Video

İlham Əliyevin 4 il əvvəl Mxitaryanlara verdiyi dərs – Video
21 May 2019 - 13:41

Rəsmi Bakı Londonun “Arsenal” klubunun erməni futbolçusu Henrik Mxitaryanın təhlükəsizliyinin qorunması ilə bağlı bütün zəmanətləri verib.

ONN media xəbər verir ki, bu barədə “Skay Nyus” nəşrinə müsahibəsində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqaladə və səlahiyyətli səfiri Tahir Tağızadə danışıb.

“Bu, A səviyyəli tədbirdir. Əgər bizim məqsədimiz onun ətrafında siyasi oyunlar oynamaqdırsa, bu başqa məsələdir. Ancaq Mxitaryana siyasətə görə deyil, futbolçu kimi pul ödəyirlər. Buna görə də gəlin digər məsələləri kənara qoyaq”, – səfir bildirib.

Henrik Mxitaryanın UEFA Avropa liqasının final qarşılaşması çərçivəsində Londonun “Arsenal” klubunun heyətində Bakıdakı qarşılaşmada iştirakı və təhlükəsizliyinin təmin olunması məsələsi ilə bağlı Azərbaycan tərəfi dəfələrlə rəsmi zəmanət versə də, Ermənistan tərəfi sözügedən vəziyyətdən süni istifadə etməyə və gərginlik yaratmağa çalışır. Ermənistan mətbuatı Mxitaryanın “problemi”ni xüsusi diqqətdə saxlayır, əslində kiçik bir nüans kimi xarakterizə olunan vəziyyəti böyük problem kimi qələmə verməyə cəhd edir.

Belə olan halda Azərbaycanın işğal edilmiş torpaqlarına qanunsuz səfər etdiyi üçün adı “qara siyahı”mıza düşən Mxitaryanın ətrafında qurulan oyunun siyasi xarakter daşımasına şübhə yeri qalmır. Çünki rəsmi Bakı erməni futbolçunun qanunsuz əməlinə baxmayaraq, idmanı siyasətə qarışdırmır, bu futbolçunun təhlükəsizliyinin təmin olunması üçün bütün zəmanətləri verməyə hazır olduğunu açıqlayır. Lakin erməni və erməniyönlü bir sıra Qərb mediası “narahatlıq və qayğı”larından əl çəkmir.

Ermənilər nümayiş etdirdiyi mövqe ilə “siyasi oyuncağa” çevrildiyini göstərən Mxitaryanın ölkəmizin bu mənada beynəlxalq idman ictimaiyyətində formalaşmış yüksək imicinə zərbə vurmaq istəsələr də, Bakıda 2015-ci ildə keçirilmiş I Avropa Oyunları zamanı yaşananları unudublar. I Avropa Oyunlarının boks yarışında 91 kq çəki dərəcəsində Ukraynanı təmsil edən və gümüş medal qazanan erməni əsilli Qevorq Manukyana ölkə başçısı İlham Əliyev tərəfindən edilmiş jest, Azərbaycan Prezidentinin dünyaya verdiyi sülhpərvərlik mesajı ermənilərin bu gün arxasınca qaçdığı mənasız iddiaları hələ o zaman alt-üst etmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png