ONN İnformasiya Agentliyi

Tanınmış həkimdən ev şəraitində SANİTAYZER resepti – VİDEO

Tanınmış həkimdən ev şəraitində SANİTAYZER resepti – VİDEO
31 Mart 2020 - 3:27

İnternetdə çoxlu sayda müxtəlif dezinfeksitaedici vasitələr və sanitayzerlərin reseptləri yayılıb.

ONN media oxucularını tanınmış ukraynalı həkim Evgeni Komarovskinin təqdim etdiyi sanitayzer resepti ilə tanış edir.

İnqrediyentlər:

– 240 ml tibbi spirt

– 15 ml “perekis”

– 5 ml qliserin (aptekdə satılır)

– 60 ml qaynanmış su

Hazırlanması:

Şüşə qaba əvvəl spirt, sonra perekis, qliserin və ən sonda su tökün. Bütün inqrediyentləri dəqiqliklə ölçün. Bunun üçün birdəfəlik 20 və 5 ml-lik şprislərdən istifadə etmək rahatdır.

Yaxşı qarışdırın. Sanitayzer istifadə üçün hazırdır. Kiçik şüşə və ya plastik butulkalara töküb evdən çıxanda özünüzlə apara bilərsiniz. Sanitayzerdən yalnız su və sabun olmayan yerlərdə (çöldə, ictimai nəqliyyatda və s.) istifadə edin.(sağlamolun.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png