Zelenskinin ofisindən Netanyahunun xanımının bu hərəkəti ilə bağlı – AÇIQLAMA

Ukrayna prezidenti Vladimir Zelenskinin ofisindən İsrailin Baş Naziri Benyamin Netanyahunun xanımı Sara Netanyahunun hava limanında çörəyi yerə atması ilə bağlı açıqlama yayılıb.

ONN media xəbər verir ki, prezident administrasiyasından verilən məlumatda deyilir:

“Birinci xanım bunu bilmədən etdi və kimisə incitmək məqsədi daşımırdı. Heç nə İsrailin Baş Nazirinin son 20 ildə ilk dəfə Ukraynaya səfərinin vacibliyinə kölgə sala bilməz. Bu görüş iqtisadi, təhsil və mədəni sferalarda əlaqələrin inkişafı üçün hər iki ölkə üçün vacibdir”.

Qeyd edək ki, hava limanında qarşılanma mərasimi zamanı ənənəyə uyğun olaraq Benyamin Netanyahuya duz-çörək təqdim edilib. Çörəkdən bir tikə qıran Netanyahu daha sonra onu xanımına verib. Sara Netanyahu isə çörək tikəsini yerə atıb.