ONN İnformasiya Agentliyi

Təsərrüfata məxsus traktor yandı – Şəkidə

Təsərrüfata məxsus traktor yandı – Şəkidə
16 May 2019 - 22:57

Şəkidə heyvandarlıq kompleksinin ərazisində yanğın olub.

ONN media xəbər verir ki, hadisə rayonun Orta Zəyzid kəndində fəaliyyət göstərən “Şəki Aqro İndastris” MMC-nin südlük-maldarlıq üzrə özəl damazlıq təsərrüfatının ərazisində baş verib. Nəticədə təsərrüfata məxsus, rayon sakini Fikrət Nurəddinovun idarə etdiyi “Belarus” markalı qoşqusuz traktor yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində traktorun yanar hissələri yanıb. Yanğının genişlənərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə xəsarətsiz ötüşüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png