ONN İnformasiya Agentliyi

Toydan çıxan zaman avtomobilin vurduğu qadınla bağlı RƏSMİ AÇIQLAMA 

Toydan çıxan zaman avtomobilin vurduğu qadınla bağlı RƏSMİ AÇIQLAMA 
06 May 2024 - 11:09

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 05.05.2024-cü il tarixində saat 22:50 radələrində Nizami rayonu ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbi ilə çağırış daxil olub.

Məlumatda deyilir ki, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub və zərərçəkmiş Sabunçu Tibb Mərkəzinə hospitalizasiya edilib:

“Qapalı kəllə-beyin travması, sağ budun əzilməsi, təpə nahiyəsinin cırılmış yaraşı, sifətin əziyi diaqnozları təyin edilən 1959-cu il təvəllüdlü (qadın cinsli) şəxs Sabunçu Tibb Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağır stabildir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png