ONN İnformasiya Agentliyi

Bu məşhur brendlər 1200 dollarlıq çətir hazırladı

Bu məşhur brendlər 1200 dollarlıq çətir hazırladı
19 May 2022 - 18:40

Dünyaca məşhur brendlər “Qucci” və “Adidas”ın əməkdaşlığı çərçivəsində hazırlanan çətirin Çindəki satış qiyməti ajiotaj yaradıb.

Sözügedən çətirin qiymətinin təxminən 1200 dollar təşkil etməsi sosial media istifadəçiləri tərəfindən tənqidlərə səbəb olub.

“Qucci”nin rəsmi saytında “G” hərfi şəklində tutacağı və iki markanın loqolarını əks etdirən dizaynda hazırlanan çətirin suya davamlı olmadığı və günəşdən qorunmaq üçün nəzərdə tutulduğu bildirilib.

Çətirin digər ölkələrdəki satış qiyməti isə hələlik məlum deyil.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png