ONN İnformasiya Agentliyi

Ermənipərəst müğənninin Bakı konserti ləğv edilib?

Ermənipərəst müğənninin Bakı konserti ləğv edilib?
19 May 2022 - 16:27

Rusiyalı müğənni Lübov Uspenskayanın oktyabrın 9-da Bakı Konqres Mərkəzində keçirilməsi gözlənilən konserti ləğv olunub.

ONN media xəbər verir ki, “Sputnik Azərbaycan”ın yazdığına görə, ermənipərəst ifaçının konsertinin ləğv olunmasına səbəb Bakı sakininin Mədəniyyət Nazirliyinə müraciəti olub. Quruma müraciət edən şəxs bildirib ki, L. Uspenskaya ermənipərəst mövqeyini açıq şəkildə ifadə edir, KİV və sosial şəbəkələrdə Azərbaycanın ünvanına təhqiramiz ifadələr işlədir. Mədəniyyət Nazirliyi də artistin paylaşımları ilə tanış olduqdan sonra onun konsertini ləğv edib.


Mədəniyyət Nazirliyindən isə “Qafqazinfo”ya bildirdilər ki, sözügedən konsert proqramının təşkilatçısı onlar deyil:

“Lübov Uspenskaya nazirliyin xətti ilə ölkəmizə gəlmir. Həmçinin konsertin keçiriləcəyi müəssisə də Mədəniyyət Nazirliyinin tabeliyində deyil”.

Konsertə bilet satışını həyata keçirən “iTicket.az” konsertin hansı səbəbdən ləğv olunduğunu açıqlamadı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png