ONN İnformasiya Agentliyi

XİN Qələbə Günü münasibətilə paylaşım etdi

XİN Qələbə Günü münasibətilə paylaşım etdi
09 May 2024 - 10:25

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.

ONN media xəbər verir ki, bu barədə XİN-in X hesabında bildirilib.

“Bu gün, dünya tarixinin ən dağıdıcı müharibələrindən biri olan İkinci Dünya müharibəsində nasizm üzərində tarixi qələbənin qazanılmasından 79 il ötür. 9 May – Qələbə Günü kimi qeyd olunan bu əlamətdar gündə bəşəriyyəti ciddi təhdid altında qoyan nasizm təhlükəsinə qarşı mübarizə aparmış, müharibə dövründə misilsiz şücaət və fədakarlıq nümayiş etdirmiş qəhrəman həmvətənlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik”, – paylaşımda qeyd edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png