ONN İnformasiya Agentliyi

Alimlər təhlükəli xəstəliklərlə qan qrupu arasında əlaqə kəşf etdilər

Alimlər təhlükəli xəstəliklərlə qan qrupu arasında əlaqə kəşf etdilər
03 May 2021 - 20:58

İsveç alimlərinin araşdırmalarına görə, bəzi xəstəliklərə meyllilik qan qrupundan asılır.

ONN media xəbər verir ki, mütəxəssislər elmi işlərinin nəticələrini “eLife” elmi jurnalında dərc edib.

Tədqiqatçılar beş milyon xəstənin xəstəlik tarixçəsini araşdırıb. Nəticədə müəyyən bir qan qrupu olan insanlarda daha çox meydana gələn 49 xəstəliyi aşkar ediblər.

Mütəxəssislər birinci qan qrupu olan insanlarda laxtalanma pozğunluğunun daha çox olduğunu, ikinci qan qrupu olan xəstələrdə trombozun daha çox qeyd edildiyini bildirib. Eyni zamanda müsbət birinci qan qrupu olan qadınlar hipertoniyadan daha çox əziyyət çəkirlər.

Üçüncü qan qrupu olan insanlar isə böyrək daşlarının meydana gəlməsinə digərlərinə nisbətən daha az meyllidirlər. Tədqiqat müəllifləri əldə edilmiş nəticələri təsdiqləmək üçün əlavə araşdırmalar aparmaq niyyətində olduqlarını bildiriblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png