ONN İnformasiya Agentliyi

Avtomobil bazarının lideri açıqlandı

Avtomobil bazarının lideri açıqlandı
29 Yanvar 2022 - 19:13

Ötən ilin avtomobil bazarının lideri açıqlanıb.

ONN media xəbər verir ki, ötən il Yaponiyanın avtomobil istehsalçısı “Toyota Motor” mini-avtomobil istehsalçısı “Daihatsu” və pikap istehsalçısı “Hino” da daxil olmaqla, qlobal miqyasda təxminən 10,5 milyon avtomobil satıb. 

Bu, 2020-ci illə müqayisədə 10,1 % çoxdur. “Toyota”nın “COVID-19” pandemiyası səbəbi ilə zavodlarının bağlanmasından və yarımkeçirici çip təchizatı çatışmazlığından yerli və xarici rəqiblərinə nisbətən daha az təsirləndiyi bildirilib. 

Bununla da, Yaponiya şirkəti qlobal avtomobil satışlarında ən yaxın rəqibi Alman istehsalçısı “Volkswagen”in ötən ilki satışlarını geridə qoyub və 2020-ci ildə etdiyi birinciliyi qoruyub saxlayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png