ONN İnformasiya Agentliyi

Bakının bu məktəbində şagirdlər yay tətilinə TEZ BURAXILACAQ

Bakının bu məktəbində şagirdlər yay tətilinə TEZ BURAXILACAQ
07 May 2024 - 10:53

Respublika İncəsənət Gimnaziyası yaxın günlərdə əsaslı təmirə bağlanacaq.

ONN media-nın əldə etdiyi məlumata görə, mayın sonunda məktəb vaxtından əvvəl yay tətilinə çıxacaq. Bundan sonra burada təmirə start veriləcək.

Şagirdlər isə növbəti tədris mövsümündən dərsə müvafiq olaraq 189 və 190 saylı məktəblərdə başlayacaqlar.

Belə ki, İncəsənət Gimnaziyasından ibtidai siniflər növbəti təhsil mövsümünü 189 saylı, yuxarı sinif şagirdləri isə 190 saylı məktəbdə başlayacaq. 

İbtidailər 1-ci növbə, yuxarı sinif şagirdləri isə 2-ci növbə oxuyacaqlar. 

Gimnaziyada əsaslı təmirin 1 il ərzində yekunlaşacağı planlaşdırılır. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png