ONN İnformasiya Agentliyi

Axtarışda olan şəxs Ələt-Astara yolunda ələ keçdi

Axtarışda olan şəxs Ələt-Astara yolunda ələ keçdi
17 Mart 2022 - 14:10

Axtarışda olan şəxs narkotik vasitənin təsiri altında avtomobil idarə edərkən saxlanılıb.

ONN media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi məlumat yayıb.

Bildirilib ki, Yol-Patrul Xidməti Alayının əməkdaşları Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində “Opel” markalı, 99-XJ-379 dövlət qeydiyyat nişanlı avtomobilin sürücünün hərəkətləri şübhə doğurduğundan nəqliyyat vasitəsini saxlayıb.

İlkin araşdırmadan sonra tibbi müayinəyə cəlb edilən sürücü Elnur Əliyevin narkotik vasitədən istifadə etməsi müəyyən olunub.

Bakı şəhər sakini Elnur Əliyev barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati protokol tərtib edilib, bununla yanaşı onun borclu qismində axtarışda olması da müəyyən edildiyindən o, Salyan Rayon Polis Şöbəsinə təhvil verilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png