ONN İnformasiya Agentliyi

Azərbaycanda vəzifəli şəxslərə CİNAYƏT İŞİ AÇILDI

Azərbaycanda vəzifəli şəxslərə CİNAYƏT İŞİ AÇILDI
05 Oktyabr 2021 - 17:32

Zaqatalada saxta vaksin COVID-19 pasportu satan həkimlərə cinayət işi açılıb.

ONN media xəbər verir ki, “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində qanunsuz olaraq COVID-19 pasportunun verilməsi barədə daxil olan məlumat üzrə Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılmıb.

Araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda saxta COVID-19 pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png