ONN İnformasiya Agentliyi

Bakıda gənci bıçaqlayan şəxsə AĞIR CƏZA

Bakıda gənci bıçaqlayan şəxsə AĞIR CƏZA
30 Mart 2022 - 12:44

Bakıda qəsdən sağlamlığa ağır zərbə vurmada təqsirli bilinən Əli Mərdanova hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Əli Mərdanov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 18-də Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, Ə.Mərdanov 1995-ci il təvəllüdlü Xankişiyev Ağaxan Rövşən oğlunu “Qobu Park” adlanan yaşayış kompleksinin ərazisində mübahisə zəminində bıçaqlayıb.

O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olub.

Ə.Mərdanov polis əməkdaşları tərəfindən saxlanılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png