ONN İnformasiya Agentliyi

BDU-da 13 dekanın səlahiyyət müddəti başa çatıb

BDU-da 13 dekanın səlahiyyət müddəti başa çatıb
10 Noyabr 2021 - 12:31

Bakı Dövlət Universitetində 13 dekanın səlahiyyət müddəti başa çatıb.

ONN media xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Universitetin mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva bildirib. Onun sözlərinə görə, BDU-da dekanlar 5 ildən bir seçilir:

“Hazırda 3 fakültə istisna olmaqla digər bütün fakültələrdə dekanların iş səlahiyyəti müddəti başa çatıb. Həmin fakültələr Mexanika-riyaziyyat, Fizika, Kimya, Biologiya, Ekologiya və torpaqşünaslıq, Geologiya, Filologiya, Tarix, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Hüquq, Kitabxanaçılıq-informasiya, Şərqşünaslıq, Sosial elmlər və psixologiyadır. Bizdə dekanlar seçim əsasında təyin olunur. Həmin dekanlar yenidən seçilə bilər. Ancaq hələ ki, seçimlərin nə vaxt olacağı məlum deyil. Hazırda həmin fakültələrin hamısında dekanları müvəqqəti olaraq tədris işləri üzrə dekan müavinləri əvəz edir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png