ONN İnformasiya Agentliyi

BNA-nın meriyaya verilməsinin səbəbləri – AÇIQLAMA

BNA-nın meriyaya verilməsinin səbəbləri – AÇIQLAMA
07 Fevral 2022 - 15:53

Prezident İlham Əliyev bu gün “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmanla Bakı Nəqliyyat Agentliyi (BNA) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib.

Nəqliyyat sahəsi üzrə hüquqşünas ekspert Ərşad Hüseynov “Ölkə.Az”a açıqlamasında bildirdi ki, fərmanların davamının olacağı gözlənilir:

“Sözügedən fərman gözlənilən idi. Çünki son bir neçə ildə Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti ilə bağlı cəmiyyəti, ayrı-ayrı dövlət qurumlarını qane etməyən çox məqamlar var idi. Hətta bu dəyişikliklərin davamı da olacaq. Yəni, hələlik BNA-nın sadəcə tabeçiliyi dəyişdirilib. Agentliyin səahiyyətlərinə yenidən baxılmalıdır”. 

Eskpertin sözlərinə görə, burada əsas hədəf şəhər nəqliyyatının idarə olunmasını şəhər icra hakimiyyətinə bağlamaqdır: “Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərinin bütün inzibati ərazisini idarə edən qurumdur. Lakin BNA-nın yaranmasından bir qədər əvvəl də paytaxtda nəqliyyatı icra hakimiyyəti idarə etmirdi və bu proseslərdən bir az kənarda qalmışdı. Dünya təcrübəsində bununla bağlı maraqlı modellər var. Görünür ki, həmin modellər əsas götürülərək şəhər icra hakimiyyətinin nəqliyyat proseslərində iştirakının gücləndirilməsi hədəflənib. İctimai nəqliyyatın, parklanmaların təşkili və idarə olunması, infrastruktur məsələləri – velosiped yollarının salınması, səkilərin hərəkət üçün qaydasında olması, taksilərin fəaliyyəti ilə bağlı məsələlərdə meriyanın mövqeyi güclü olmalıdır. Həmçinin, BNA-nın səlahiyyətlərində parklanma qaydalarının pozulmasına görə, cərimələrin tətbiqi də  var. Növbəti fərmanlarda həmin məsələlərə baxılacağı güman edilir. Əslində bizim kimi ölkələrdə BNA kimi qurumlara ehtiyac yoxdur. Bunlar Bakı şəhərində nəqliyyatla bağlı islahatlardır və yeni bir baxış kimi qəbul olunur”. 

Ə. Hüseynov əlavə edib ki, BNA artıq icra hakimiyyətinin qurumudur. Burada kadr məsələsindən tutmuş, agentliyin həyata keçirdiyi bütün işlər, nəqliyyat siyasəti icra hakimiyyətinin bilavasitə iştirakı ilə həyata keçiriləcək və bütün fəaliyyət meriyanın fəaliyyətinin tərkib hissəsini təşkil edəcək: “BNA-nın nizamnaməsində ciddi dəyişikliklər olacaq. Azərbaycan təcrübəsi göstərir ki, dəyişikliklərdə kadr məsələlərinə də baxılacaq”.

“Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” MMC-nin (NİİM) Daxili İşlər Nazirlyinin tabeliyinə verilməsi məsələsinə münasibət bildirən ekspert bildirdi ki, Bakı şəhərində faktiki olaraq svetoforların təşkili və işinə nəzarət, nəqliyyat axınlarının fasiləsizliyinin təmin olunması işlərini NİİM yaradılana qədər DİN həyata keçirirdi və indi də əvvəlki vəziyyətə qayıdılacağı gözlənilir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png