ONN İnformasiya Agentliyi

Bu fondların hüquqi şəxs olma tələbi götürülür

Bu fondların hüquqi şəxs olma tələbi götürülür
08 Dekabr 2021 - 10:38

Azərbaycanda büdcədənkənar fondları hüquqi şəxs olmadan yaratmaq mümkün olacaq.

ONN media xəbər verir ki, bu məsələ “Büdcə sistemi haqqında” qanuna təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Müvafiq qanun layihəsinə münasibət bildirən Hesablama Palatası bəyan edib ki, ölkədaxili qanunvericilik büdcədənkənar fondun hüquqi şəxs olmadan yaradılmasını “Büdcə sistemi haqqında” qanunla yanaşı Mülki Məcəllə ilə də məhdudlaşdırır. Qanunun redaksiya edilməsi halında yeganə məhdudiyyət Mülki Məcəllə olaraq qalır ki, maliyyə-büdcə sahəsinin ümumi, Mülki Məcəllənin isə xüsusi hüquq sferası olduğu əsas gətirilməklə bu məhdudiyyətin praktiki olaraq aradan qaldırılması mümkündür. Eyni zamanda, mövcud təcrübədə İşsizlikdən sığorta fondu hüquqi şəxs olmasa da, büdcədənkənar fond olaraq qəbul edilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png