ONN İnformasiya Agentliyi

Yağıntılı hava şəraiti bu tarixədək davam edəcək – XƏBƏRDARLIQ

Yağıntılı hava şəraiti bu tarixədək davam edəcək – XƏBƏRDARLIQ
17 May 2024 - 16:24

Mayın 19-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png