ONN İnformasiya Agentliyi

Bu gün Nisə Qasımovanın doğum günüdür

Bu gün Nisə Qasımovanın doğum günüdür
13 Fevral 2021 - 11:25

Azərbaycan musiqisinin əfsanəvi nümayəndəsi Nisə Fətulla qızı Qasımova 1954-cü ilin 13 fevralında Bakı şəhərində anadan olmuşdur.

Hələ uşaqlıqdan sarı saçları, yaşıl gözləri və qeyri-adi gözəlliyi ilə yaxınlarından seçilən müğənni musiqiyə maraq göstərir və daim diqqət mərkəzində olurdu. Geniş səs diapazonu, musiqiyə marağı balaca Nisənin taleyini çox erkən yaşlarından ömürlük səhnəyə bağlayır. Atası Fətulla kişinin tam fərqli sahədə yəni dövlət xidmətində çalışmasına baxmayaraq, milli musiqi və muğamların bilicisi və savadlı xanəndə olması Nisə xanımın elə ilk olaraq ailədən musiqi ilə tərbiyələnməsinə şərait yaradır.

Xalq artisti Nisə Qasımovanı doğum günü münasibəti ilə təbrik edirik.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png