ONN İnformasiya Agentliyi

Bu şəxslər koronavirusu çox zəif keçirə bilərlər – Professor AÇIQLADI

Bu şəxslər koronavirusu çox zəif keçirə bilərlər – Professor AÇIQLADI
22 Mart 2021 - 2:30

Vaksinləşdirmədən sonra şəxs virusa yoluxsa belə, xəstəliyi yüngül şəkildə keçirə bilər.

ONN media  xəbər verir ki, bunu Trend-ə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, vaksin olunduqdan sonra da tibbi maskadan istifadə etmək vacibdir:

“Kimsə düşünməsin ki, COVİD-19 virusuna qarşı peyvənd olundumsa, artıq mənə heç nə olmayacaq. Qətiyyən belə düşünmək lazım deyil. İndi ortada belə bir həqiqət var ki, vaksin vurduran şəxslərin xəstəxanaya düşmə ehtimalı yox dərəcəsindədir. Türkiyədə də bununla bağlı aparılan apaşdırmalar nəticəsində vaksin vurduran şəxslərin xəstəxanaya düşmə ehtimalının olmadığı məlum olub. Vaksin vurdurmaq o demək deyil ki, siz yoluxmayacaqsınız. Lakin vaksindən sonra virusa yoluxarsansa, onu çox zəif şəkildə keçirə bilərsən”.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png