ONN İnformasiya Agentliyi

Bu siniflərdə Azərbaycan dili üzrə saatlar artırıldı

Bu siniflərdə Azərbaycan dili üzrə saatlar artırıldı
13 Sentyabr 2021 - 1:01

“Tədrisin başqa dillərdə olduğu siniflərdə Azərbaycan dili fənninin tədrisinin artırılması nəzərdə tutulub”.

ONN media  xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib.

“Bu o anlama gəlməsin ki, başqa tədris dillərinin əleyhinəyik. Yenə də ölkəmizin milli adət-ənənələri, dəyərləri şagirdlərin təlim və tərbiyəsində əsas meyar olmalıdır. Bu nöqteyi-nəzərdən tədrisin digər dillərdə aparıldığı siniflərdə Azərbaycan dili fənni üzrə saatlar 2 dəfə artırılıb. Məqsədimiz dilimizi daha yaxşı öyrənməkdir. Hesab edirəm ki, cəmiyyətimiz bunu yaxşı qarşılayacaq”, – deyə nazir əlavə edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png