ONN İnformasiya Agentliyi

Deputatdan SƏRT TƏNQİD: Vətəndaşlar pullu müalicə almalı deyil

Deputatdan SƏRT TƏNQİD: Vətəndaşlar pullu müalicə almalı deyil
23 Aprel 2021 - 12:29

İcbari tibbi sığorta ilə bağlı layihə artıq pilot layihə olmaqdan çıxıb. Aprelin 1-dən bu sistem respublika üzrə faktiki tətbiq olunur.

ONN media xəbər verir ki, bu sözləri parlamentin iclasında çıxışı zamanı deputat Fazil Mustafa səslənirib.

Millət vəkili icbari tibbi sığortanın tətbiqi məsələsində qüsurları tənqid edib: “Yüz minlərlə vətəndaşın təyinat olaraq harada müalicə olunacağı açıq qalıb. Əgər hazırlıq səviyyəsi yetərli deyilsə, bu sistem formal olaraq niyə tətbiq edilir?”

Deputat qeyd edib ki, onların əmək haqqından yanvar ayından etibarən icbari tibbi sığorta üçün vəsait tutulur: “Lakin bunun tətbiqində çatışmazlıqlar var. Vergi ödəyən vətəndaş pullu müalicə almalı deyil”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png