ONN İnformasiya Agentliyi

Doğuşdan sonra yeniyetmənin ölümünə görə həkim səhlənkarlığı araşdırılır

Doğuşdan sonra yeniyetmənin ölümünə görə həkim səhlənkarlığı araşdırılır
15 Mart 2022 - 15:25

“Bakıda adı açıqlanmayan 15 yaşlı yeniyetmənin ölü döl dünyaya gətirdikdən qısa müddət sonra özünün də ölməsi faktı ilə bağlı iki istiqamətdə istintaq aparılır”.

Bunu Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi Fazil Həsənəliyev bildirib.

O qeyd edib ki, hadisə ilə yanaşı, yeniyetmənin xəstəxanada həkim səhlənkarlığı səbəbindən ölməsi faktı araşdırılır.

Xatırladaq ki, fevralın 4-də saat 18 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsinin 2006-cı il təvəllüdlü sakini və bətnindəki dölün ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

O, yaşadığı ünvanda ev şəraitində ölü döl doğduqdan sonra halı pisləşib və 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Yeniyetmə orada vəfat edib. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png