ONN İnformasiya Agentliyi

Göyçay sakini polisin qulağını kəsdi

Göyçay sakini polisin qulağını kəsdi
28 Aprel 2022 - 14:51

Aprelin 27-i saat 16 radələrində Göyçay rayonunun Bığır kəndi ərazisində  rayon polis şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilmişdir ki, qeyd edilən tarixdə Bığır kənd sakini Nursoltan Məmmədov rayon icra hakimiyyəti başçısının Bığır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasına gələrək mübahisə yaratmış, bu zaman onu sakitləşdirməyə çalışaraq nizam-intizama dəvət edən RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin  polis sahə rəisi  Şahin Xalidovun qanuni tələblərinə məhəl qoymayaraq inzibati binanın divarına bərkidilmiş lövhəni sındıraraq həmin lövhənin bir hissəsi ilə sonuncuya vurması nəticəsində Şahin Xalidov sol qulaq seyvanının səthi kəsilmiş yarası xəsarət almışdır.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Nursoltan Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Cinayət işi üzrə istintaq davam edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png