ONN İnformasiya Agentliyi

Hacıqabul polisindən əməliyyat: saxlanılan var

Hacıqabul polisindən əməliyyat: saxlanılan var
23 Fevral 2022 - 9:37

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Nəbiyev idarə etdiyi “Hunday” markalı avtomobillə rayon ərazisində saxlanılıb. Onun üzərinə və avtomobilinə keçirilən baxış zamanı nəqliyyat vasitəsindən 45 qram “patı” adlanan psixotrop maddə – metamfetamin, 2 qramdan artıq heroin və 300 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png