ONN İnformasiya Agentliyi

İcbari Sığorta Bürosunun sistemi çöküb? – RƏSMİ AÇIQLAMA

İcbari Sığorta Bürosunun sistemi çöküb? – RƏSMİ AÇIQLAMA
21 Aprel 2022 - 12:12

Azərbaycanda bir neçə gündür İcbari Sığorta Bürosunun sistemində problemlər olduğu və sığortaları yeniləməyin mümkün olmadığı deyilir.

ONN media xəbər verir ki, bununla sosial şəbəkələrdə bir sıra şikayətlər yer alıb. Belə ki, xüsusən avtomobilinin icbari sığorta vaxtı bitmiş vətəndaşlar sistemdəki problemlə bağlkı sığorta müqavilələrini yeniləyə bilmədiklərini qeyd edirlər. 

Məsələ ilə bağlı İcbari Sığorta Bürosundan “Ölkə.Az”a bildirildi ki, Büronun sistemi işlək vəziyyətdədir və gündəlik iş rejimində fəaliyyət davam etdirilir. Sistemin təkmilləşdirilməsi ilə əlaqədar mütəmadi tədbirlər həyata keçirilməkdədir.

“Bəzi xəbər qaynaqlarında çıxan məlumatlarla əlaqədar olaraq araşdırmalar davam etdirilir. Nəticə barədə ictimaiyətə əlavə məlumat veriləcək”, – deyə qurumun açıqlamasında qeyd olunub.  

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png