ONN İnformasiya Agentliyi

Kişilər üçün ən təhlükəli içki açıqlandı

Kişilər üçün ən təhlükəli içki açıqlandı
10 Sentyabr 2021 - 19:42

Pivə kişilər üçün ən təhlükəli spirtli içkidir.

ONN media xəbər verir ki, bu barədə Moskva Sağlamlıq Departamentinin baş narkoloqu Yevgeni Brun Ümumrusiya Səbr Günü ilə əlaqədar təşkil edilən mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, pivə qadın hormonu estrogenə bənzər ferment ehtiva etdiyi üçün kişilər üçün təhlükəlidir. Narkoloq spirtli içkinin qadınlar üçün də zərərli olduğunu vurğulayıb:

“Qadınların belə bir fizioloji, biokimyəvi xüsusiyyəti var – alkoqolu emal edən fermentlərin səviyyəsi aşağıdır. Buna görə də qadınlarda alkoqol istifadəsi xəstəliyin daha sürətli inkişafına və şəxsiyyət qüsurlarının daha da dərinləşməsinə gətirib çıxarır”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png