ONN İnformasiya Agentliyi

Mingəçevirdə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb

Mingəçevirdə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb
18 Noyabr 2021 - 12:45

Mingəçevir şəhərində iki nəfəri bıçaqlayan şəxs tutulub.

ONN media xəbər verir ki, hadisə noyabrın 17-si saat 17 radələrində şəhərin Xocalı küçəsində yerləşən “Qədiroğlu” marketinin yaxınlığında qeydə alınıb.

Belə ki, şəhər sakini, 1968-ci il təvəllüdlü Fəxrəddin Salmanov aralarında baş verən münaqişə zəmnində həmyerliləri – 1999-cu il təvəllüdlü Fərid Əliyevi və 1986-cı il təvəllüdlü Akif Qəniyevi bıçaqlayıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci il (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Salmanov saxlanılıb. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png