ONN İnformasiya Agentliyi

Narkotiklə tutulan şəxsin 18 il əvvəl törətdiyi qətlin üstü açıldı

Narkotiklə tutulan şəxsin 18 il əvvəl törətdiyi qətlin üstü açıldı
17 Dekabr 2021 - 13:24

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları tərəfindən keçirilən birgə tədbirlərlə 18 il əvvəl törədilən cinayət əməlinin üstü açılıb.

ONN media  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən cari il avqustun 18-də narkotik vasitə ilə tutulan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Dadaşovun 2003-cü il dekabr ayının 29-da Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində paytaxt sakini, 67 yaşlı Ramiz Əmirovu boğaraq qətlə yetirməsi müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluq tərəfindən araşdırmalar aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png