ONN İnformasiya Agentliyi

Nazirlikdən ənənəvi tədrislə bağlı açıqlama

Nazirlikdən ənənəvi tədrislə bağlı açıqlama
29 Mart 2021 - 19:52

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris qismən davam etdirilir.

Bu barədə ONN media -ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, fevralın 1-dən martın 29-dək ümumi təhsil müəssisələrinin 1,6 faizi müxtəlif vaxtlarda distant təhsilə keçirilib, eyni zamanda, onların böyük bir qismində əyani təhsil yenidən bərpa edilib. Məktəblərdə müəllim, şagird və texniki heyət arasında yoluxma halları aşkar olunarsa, Təhsil Nazirliyi Səhiyyə Nazirliyi ilə razılaşdırmaqla tədrisin distant formaya keçirilməsi barədə qərar qəbul edir.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb. Bu günədək müəllim və texniki heyətin 50 faizdən çoxu COVİD-19 əleyhinə peyvənd olunub. Təhsil prosesinin səmərəli təşkili üçün müəllim, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.

Məlumat üçün bildiririk ki, 29 mart tarixindən teledərslərin yayımlandığı “Dərs vaxtı” proqramı, həmçinin “Virtual məktəb” platforması üzərindən onlayn tədris davam etdirilir.

Təhsil Nazirliyi təhsil ictimaiyyətinə sanitar-gigiyenik qaydalara əməl etməyi, maska taxmaqla və sosial məsafəni gözləməklə COVİD-19 xəstəliyindən qorunmağı bir daha tövsiyə edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png