ONN İnformasiya Agentliyi

Qəbul imtahanları da iki mərhələdən ibarət olacaq – DİM

Qəbul imtahanları da iki mərhələdən ibarət olacaq – DİM
25 Fevral 2022 - 14:59

“Qəbul imtahanları bu il üçün də iki mərhələdən ibarət olacaq. İlk imtahanda bacarıqlar yoxlanılacaq. İlk mərhələdə maksimum bal yenə 300 olacaq”.

ONN media   xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sənəd qəbulu həm ötənilki, həm də builki məzunlar üçün eyni vaxtda olacaq: “Keçən ilin məzunlarının buraxılış imtahanlarında topladığı ballar bu il üçün də keçərli olacaq. Yəni onlar builki imtahanda iştirak etməyə bilərlər. Lakin bu da könüllüdür. Əgər istəsələr, builki buraxılış imtahanlarında yenidən iştirak edə bilərlər”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png