ONN İnformasiya Agentliyi

Qanunsuz heyvan kəsimi məntəqələri söküldü

Qanunsuz heyvan kəsimi məntəqələri söküldü
17 Dekabr 2021 - 18:55

Göyçayda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Agentlik əməkdaşları antisanitar şəraitdə küçə və yol kənarlarında, həmçinin kəsim üçün nəzərdə tutulmayan yerlərdə qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin və Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə Göyçay rayonunda fəaliyyət göstərən qanunsuz heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirib.

Reydlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan heyvan kəsimi və ət satışının həyata keçirildiyi məntəqələr aşkar edilib. Belə ki, baytarlıq nəzarəti olmadan heyvan kəsiminin həyata keçirildiyi və ət məhsullarının satışa çıxarıldığı məlum olub.

Agentlik əməkdaşları tərəfindən qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri üçün zəruri məlumatlar verilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png