ONN İnformasiya Agentliyi

Qulinin güllələnən dostu öldü

Qulinin güllələnən dostu öldü
27 Yanvar 2022 - 22:33

Keçən ay Gürcüstanın Qardabani rayonunda güllələnən kriminal avtoritet ölüb.

Türkiyədə qətlə yetirilən qanuni oğru Nadir Səlifovun (Lotu Quli) yaxın adamlarından hesab olunan Təhləli Canpolad həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Qeyd edək ki, keçən ilin dekabr ayında kriminal aləmdə “Təhləli Canpolad” kimi tanınan şəxs “Range Rover” markalı avtomobillə gedərkən ona 20-dən artıq atəş açılıb. Bu zaman avtomobildə olan kriminal avtoritet ağır yaralanıb.

Yaralı təcili tibbi yardım briqadası tərəfindən Rustavi Mərkəzi Xəstəxanasına çatdırılaraq, təcili əməliyyat olunmuşdu. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirdi.

Gürcüstan Daxili İşlər Nazirliyindən faktla bağlı Cinayət Məcəlləsinin 19-108-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlamışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png